Rusiya bu tarixdə dağılacaq, sonra... – ŞOK PROQNOZ - VİDEO
Bizi izləyin

Dünya

Rusiya bu tarixdə dağılacaq, sonra... – ŞOK PROQNOZ - VİDEO

Rusiya 2017-ci ildə vahid dövlət kimi mövcudluğunu dayandıracaq.

Publika.az xəbər verir ki, bu proqnozla Ukraynanın millətçi “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok Kiyevin Podolsk rayon məhkəməsinin yanında keçirilən mitinqdə çıxış edib.

“Biz hesab edirik ki, 2017-ci il Kreml üçün son olacaq. Bunu yalnız biz demirik, həm də bir çox politoloq və analitik vəziyyəti düzgün qiymətləndirirlər. Rusiya bir neçə milli dövlətə parçalanacaq və Ukrayna bu prosesi stimullaşdırmağa məcburdur”, - Tyaqnibok bildirib.

O, əlavə edib ki, Rusiyanın dağılacağı halda Kiyev itirilmiş əraziləri özünə dərhal qaytaracaq. “Biz həmçinin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın almadığı payı tələb edəcəyik. Məsələn, qızıl-valyuta ehtiyatları, almaz fondu, xarici nümayəndəliklər”, - Ukrayna millətçilərinin lideri vurğulayıb.

Daha əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko Luqansk və Donetsk “xalq respublikaları”nın ərazisinə, həmçinin Krıma dövlət bayrağının qayıdışını mürəkkəb məsələ adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm