Paytaxtın küçələrində qan su yerinə axdı – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Paytaxtın küçələrində qan su yerinə axdı – FOTOLAR/VİDEO

Qurban bayramında kəsilmiş heyvanların qanı Banqladeşin paytaxtı Dəkkə şəhərində çaylar yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bayram günü yağan yağış kəsilən heyvanların qanının su ilə qarışmasına səbəb olub.

Şəhərdə qurbanların kəsilməsi üçün xüsusi yerlər ayrılmışdı. Amma sakinlərin çoxu hakimiyyətin tövsiyələrinə qulaq asmayaraq qarajlarda, ən yaxın küçələrdə və döngələrdə heyvanları kəsiblər.

Sosial şəbəkələrin istifadəçiləri qırmızı rəngə boyayan Dəkkənin küçələrindən çəkilən görüntüləri paylaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm