Avropa Birliyindən Moskvaya ZƏRBƏ
Bizi izləyin

Dünya

Avropa Birliyindən Moskvaya ZƏRBƏ

Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı sanksiyanın müddətini daha yarım il uzadıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, siyahıya Rusiya və Ukraynanın 146 vətəndaşı, həmçinin 37 şirkəti daxil edilib.

Sanksiyalar 15 mart 2017-ci il tarixinə kimi qüvvədə olacaq. Barəsində məhdudiyyətlər tətbiq edilən fiziki və hüquqi şəxslərin maliyyə aktivləri dondurulur, eləcə də Avropa Birliyinə girişinə qadağa qoyulur.

Sözügedən məhdudiyyətlər 17 mart 2014-cü ildə tətbiq edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm