“Zanbaq inqilabı”nın səbəbi açıqlandı: “ABŞ-a rədd cavabı verdim”
Bizi izləyin

Dünya

“Zanbaq inqilabı”nın səbəbi açıqlandı: “ABŞ-a rədd cavabı verdim”

"Uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələri olan AWACS-ların “Manas” bazasında yerləşdirilməsinə icazə verilməməsi 2005-ci ildə baş verən “Zanbaq inqilabı”nın əsas səbəbi idi”.

Publika.az xəbər verir ki, bunu Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Mənə 2004-cü ildə AWACS-ların “Manas” aeroportunda yerləşdirilməsi təklifi ilə Dövlət Departamentindən müraciət etdilər. Dövlət katibinin xüsusi köməkçisi bununla bağlı danışmağa gəlirdi. AWACS “Boinq”dir, radiolokasiya stansiyasıdır. O, Qırğızıstanın üzərində qalxır və üç min kilometr radiusu müşahidə edirdi”, - Akayev deyib.

Keçmiş prezidentin sözlərinə görə, həm bazanın hədəflərinə, həm də Qırğızıstanın qonşularının maraqlarına zidd olduğu üçün təklifə rədd cavabı verib: “Biz buna icazə verə bilməzdik. Cavab dəqiq şəkildə mənfi idi. Bu təklif sadəcə müzakirə edilə bilməzdi. Mənfi cavabdan sonra amerikalılar Qırğızıstan prezidentini devirməyə qərar verdilər. Çünki onlarda prinsip budur: əgər kimsə ABŞ-ın sözünə baxmırsa, getməlidir . “Zanbaq inqilabı” faktiki olaraq dövlət çevrilişi idi. BMT-nin ekspert qrupu da etiraf edib ki, bu, təmiz kriminal elementlərin iştirakı ilə həyata keçirilən dövlət çevrilişi idi. Bu çevriliş bilavasitə ABŞ-ın maliyyə və informasiya təminatı ilə təşkil edilmişdi. Onlar bunu gizlətmirdilər. ABŞ-ın səfiri bununla açıq məşğul olurdu”.

Akayev həmçinin bildirib ki, terrorizmlə mübarizə ABŞ-a Mərkəzi Asiyaya girmək üçün bəhanə idi.

“Beynəlxalq terrorizmlə mübarizə və Əfqanıstanda “Sarsılmaz azadlıq” əməliyyatı ABŞ üçün strateji əhəmiyyətli region olan Mərkəzi Asiyaya giriş üçün bəhanə idi”, - Qırğızıstanın keçmiş prezidenti hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm