“Ukrayna nüvə dövləti olmalıdır” – ŞOK ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

“Ukrayna nüvə dövləti olmalıdır” – ŞOK ÇAĞIRIŞ

“Ukrayna özünün nüvə potensialını bərpa etməlidir”.

Publika.az xəbər verir ki, bu çağırışla Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk “Qordon.ua” nəşrinə müsahibəsində deyib.

“Ukrayna Donbasın xüsusi statusunun tanınması əvəzinə, İsrailin yolu ilə gedə bilər. Bu, nüvə potensialını bərpa etməkdir”, - o, söyləyib.

Qeyd edək ki, Almaniya və Fransa Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə, xüsusi olaraq, Ukraynanın cənub-şərqinin xüsusi statusu haqqında qanunu qəbul etməyə və yerli seçkiləri keçirməyə çağırıb.

Mayın 30-da “Azov” alayının komandiri, Ali Radanın deputatı Andrey Bileskiy Kiyevi təcili nüvə silahı almağa çağırıb. O, vurğulayıb ki, Ukrayna ABŞ-ın iştirakı ilə nəhəng müdafiə potensialından məhrum olub və buna görə də Vaşinqton bu təşəbbüsə qarşı çıxmaq hüquqlarına malik deyil.

Şəxsi nüvə silahının yaradılması təşəbbüsü ilə mart ayında Radikal Partiyasının lideri Oleq Lyaşko da çıxış edib.

Xatırladaq ki, Ukrayna 1992-ci ildə ölkənin qeyri-nüvə dövləti kimi tanınmasını nəzərdə tutan Lissabon protokolunu imzalayıb. 1994-cü ildə isə Kiyev, Moskva, London və Vaşinqton Budapeşt memorandumunu imzalayıb. Ukrayna bununla da sovet nüvə silahının onun ərazisində yerləşdirilməsindən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm