Dünya
Prezidentin ölümü barədə YENİ XƏBƏR: 900 metr qalmış...
Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsi faciə yerinə 900 metr qalmış dağılmağa başlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu hadisəni araşdıran Polşa komissiyasının sədr müavini Kazimej Novaçik mətbuat konfransında deyib.
2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.
Bu ayın əvvəlində isə Polşanın müdafiə naziri Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib ki, təyyarə qəzası Moskvanın hədəfi idi. O, Polşanın hazırda əsl sübutlara malik olduğunu vurğulayıb.
Ötən ilin dekabrında isə Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirib ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”.
Bu gün Polşanın müdafiə naziri araşdırma komissiyasının keçirdiyi mətbuat konfransında qəzaya aid arxiv materiallarını məxfilikdən çıxarmağa söz verib.
Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə, prezident və xanımı da daxil olmaqla, təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.
Maraqlıdır ki, Rusiya təyyarənin qalıqlarını indiyə kimi Polşaya verməyib.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ