Fransa qarışdı, qaz və bombalar işə düşdü - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Fransa qarışdı, qaz və bombalar işə düşdü - FOTOLAR/VİDEO

Parisdə kütləvi etirazlar polislə toqquşmalarla başa çatıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, polis və jandarm gücləri əmək qanunvericiliyinin islahatına etiraz olaraq aksiya keçirən vətəndaşlara qarşı gözyaşardıcı qaz və yanğın nasoslarından istifadə edib.

Aksiya iştirakçıları da öz növbəsində təhlükəsizlik güclərinə əldəqayrılma yandırıcı bombalar və butulkalar atıblar. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Parisdə aksiyaya 13 min 500-ə qədər vətəndaş çıxıb.

Etiraz aksiyaları həmçinin Nant, Tuluza, Renn, Qrenobl və Monpelyedə keçirilib. Polis bütün Fransa üzrə 62 nümayişçini saxlayıb.

Toqquşmaların gedişatında 15 jandarm və polis yaralanıb, onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib. Aksiya iştirakçıları arasında zərərçəkənlərin sayı barədə məlumat verilməyib.

Fransada əmək islahatı layihəsinə əsasən, işçinin həftədə orta iş saatı əvvəlki kimi 35 saat təşkil edəcək. Ancaq hər şirkət o halda həmkarlar ittifaqları ilə razılaşmaq imkanına malik olacaq ki, onun işçiləri daha çox (maksimum 46 saat) və ya daha az işləsinlər. Beləliklə, işəgötürən üçün işçilərin maaşını aşağı salmaq daha asan olacaq. İslahat həmçinin işəgötürmə və işçilərin işdən çıxarılması şərtlərini yüngülləşdirəcək. Bu məsələ indiki qanunvericiliyə əsasən ciddi şəkildə tənzimlənirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm