Dünya
Putinin namizədinə alternativ – Özbəkistan prezidenti kim olacaq?
Özbəkistanda dekabrın 4-də keçiriləcək seçkilərdə
iştirak edəcək daha bir namizədin adı məlum olub.
Publika.az xəbər verir ki, “Milli Dirçəliş”
Demokrat Partiyası Özbəkistan parlamentinin vitse-spikeri Sərvər
Otamuradovun namizədliyini irəli sürüb.
Özbəkistan Liberal-Demokrat Partiyası (UzLiDeP) hazırda
prezidentlin səlahiyyətlərini icra edən Şövkət Mirziyoyevin
namizədliyini irəli sürüb.
Özbəkistan qanunvericliyinə uyğun olaraq, prezidentliyə
namizədləri yalnız siyasi partiyalar irəli sürə bilər. Hazırda
Özbəkistanda 4 siyasi partiya var. UzLiDeP, “Milli Dirçəliş”,
“Ədalət” və Xalq Demokratiyası.
Qeyd edək ki, İslam Kərimovun ölümündən sonra onun
səlahiyyətlərini müvəqqəti olaraq Şövkət Mirziyoyev icra edir.
Ekspertlər onun Rusiyayay yaxın olduğunu deyirlər. Səmərqəndə səfər
edərək İ. Kərimovun məzarını ziyarət edən Rusiya prezidenti
Vladimir Putinlə səmimi münasibətləri də Mirziyoyevin yeni
prezident olacağı ehtimallarını artırır. Digər namizədlərin isə
sadəcə görüntü yaradılmasına xidmət etdiyi deyilir.
Asif
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI