Kiyev “Krım əvəzinə Donbas” variantını rədd etdi
Bizi izləyin

Dünya

Kiyev “Krım əvəzinə Donbas” variantını rədd etdi

“Krımın məsələsi Kiyev üçün ticarətin predmeti deyil və Donbasda vəziyyətin nizama salınmasına əvəz olaraq yarımadanın verilməsi variantı qəbuledilməzdir”.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən “Dünya, Avropa və Ukrayna: dəyişikliklərin fırtınaları” konfransında deyib.

“Biz heç vaxt Donbas münaqişəsində yaxşı qərar üçün Krımla ticarət etməyəcəyik. Krım Ukraynanın ərazisidir”, - Poroşenkon bildirib.

Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə bildirib ki, Krım məsələsi həmişəlik həll edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm