Fransada güclü partlayış: bina dağıldı
Bizi izləyin

Dünya

Fransada güclü partlayış: bina dağıldı

Fransanın şərqində yerləşən Dijon şəhərinin mərkəzində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu haqda “francetvinfo portalı” bildirib.

Portalın məlumatına görə, partlayışın baş verdiyi binanın bir hissəsi uçub. Hadisə yerli vaxtla təxminən 09.15-də baş verib. Çoxlu sayda yaralının olduğu bildirilir. Hadisə yerində xilasedici briqadalar işləyir.

Şəhərin meri BFMTV telekanalının efirində bildirib ki, qaz sızması partlayışın ehtimal edilən səbəbidir. Terror versiyası istisna edilir. Onun sözlərinə görə, xilasedicilər dağılmış binadan səkkiz yaralını təxliyyə ediblər, onlardan birinin vəziyyəti kirtikdir.

Dağıntıların altında insanların axtarışı davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm