• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Putin üçün “ikinci nəfəs”: müharibə, yoxsa vitrin?

  • Dünya
  • 16 Sentyabr 2016 16:30
  • 1 266 Baxış
Putin üçün “ikinci nəfəs”: müharibə, yoxsa vitrin?

“Suriya müharibəsi Rusiya silahının vitrinidir”.

Publika.az xəbər verir ki, bu, Rusiyanın dünya silah bazarında mövqeyini şərh edən Norveçin “Aftenposten” nəşrində gedən yazının başlığıdır.

Putin: Rusiya silahının ən böyük bələdçisi

Nəşr bildirir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya silahının ən böyük sərgisinə yeni müştəriləri cəlb edir.

“Bilirəm ki, siz bu dəfə bizim müdafiə-sənaye kompleksimizin imkanlarına baxmaq istəyirdiniz. Ümid edirəm ki, siz onunla tanış olmağı bacardınız”, - Putin Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifəyə deyib.

Kral ailəsi Moskva yaxınlığındakı Rusiya Silahlı Qüvvələrinin “Vətənpərvər" parkına baş çəkib. “Ordu-2016” (“Armiya-2016”) Beynəlxalq Hərbi-Texniki Forumda Rusiya silahının ən yeni və ən güclü nümunələrini nümayiş etdirdi.

“Nigeriyalı silah alıcıları snayper silahının son nümunələri ilə tanış olurlar. Silah ekspertləri Tanzaniya, Mali və Cənubi Afrika Respublikasının nümayəndələrinə silahların bütün texniki detallarını sadalayırlar. Çinlilər raketlərin istehsalçısı ilə aktiv danışıqlar aparır. Rusiya vertolyotlarının ətrafında venesuelalılar, əlcəzairlilər və misirlilər fırlanırlar”, - sərgidə iştirak edən “Aftenposten”in müxbiri yazıb.

Rusiya çox silah satır

Yaxın Şərqin silah bazarında Rusiyanın payı artır. Bu həmin bazardır ki, bütün dünyanın müdafiə sənayesi onun uğrunda mübarizə aparır. Rusiya Qərbin sanksiyalarına baxmayaraq, silah ixracını artırmağı və yeni müştərilər tapmağı bacarıb.

- Buil Rusiya təxminən 14,6 milyard dollarlıq silah satıb. Bu, 2007-ci ildən iki dəfə daha çoxdur.

- “Rosoboroneksport” dövlət şirkətinin məlumatına əsasən, təxminən 46,3 milyard dollarlıq silah sifarişi var.

- 1,3 milyon rusiyalı müdafiə sənayesində işləyir.

Hərbi-texniki forumda Rusiya bələdçiləri qonaqlara 270 yeni silah sistemini göstəriblər. Forumun ətrafındakı poliqonlarda hərəkət edən hərbi texnikalar tamaşaçıları heyrətləndirib.

1. Böyük istehsalçı “Uralvaqonzavod”un T-90 tankları dünyada hamıdan daha yaxşı satılır.

2. S-300 və S-400 zenit-raket kompleksləri bir neçə ölkəyə satıla bilər. “Almaz-Antey” dünyada tezliklə ən böyük silah istehsalçılarından biri olacaq.

3. Ka-52 və Ми-25M zərbə vertolyotları bir çox ölkəyə satılıb.

4. Əlcəzair, Vyetnam, İndoneziya və Pakistan Su−34 qırıcısına maraq göstərir.

Bu il Rusiya müdafiə xərcləri üçün 63 milyard dollarlıq büdcə ayırıb. Amma eyni zamanda təhsil, səhiyyə və başqa sosial hədəflər üçün büdcə azalır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, dünyada az sayda ölkə müdafiəyə büdcənin xeyli hissəsini xərcləyir. Rusiya da bu ölkələrdən biridir.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR