Almaniyada miqrantlara qarşı QADAĞA
Bizi izləyin

Dünya

Almaniyada miqrantlara qarşı QADAĞA

Almaniya polisi ölkənin şərqindəki Aşağı Saksoniya əyalətinin Bautzen qəsəbəsində məskunlaşan miqrantların küçəyə çıxmasını qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb miqrantlarla Almaniyanın sağçı qrupu arasında bir həftədir davam edən gərginlik olub.

Alman polisi bildirir ki, sağçı qrup miqrantlara qarşı zorakılıq edir. Bunun üçün də Almaniya hökuməti bölgədə məskunlaşan miqrantları digər düşərgələrə köçürəcək.

Xatırladaq ki, 2015-ci ildə Almaniyada miqrantlara qarşı 2 mindən çox hücum təşkil olunub. Hücumların əsas məqsədi miqrantları bezdirərək ölkədən çıxartmaqdır.

Müstəqil media qurumları yazır ki, adətən miqrantlara qarşı bu cür hücumlara polis qüvvələri də bilərəkdən göz yumurlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm