Gülən “media patronuna” bərk əsəbləşdi və... – FOTOLAR
Bizi izləyin

Dünya

Gülən “media patronuna” bərk əsəbləşdi və... – FOTOLAR

Fətullah Gülən Türkiyədə törədilən 15 iyul hadisələrindən sonra ABŞ-a qaçan “Zaman” qəzetinin baş direktoru Ekrem Dumanlını Pensilvaniyadakı malikanəsindən qovub.

Publika.az Türkiyənin “Takvim” qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Gülənə yaxın medianın uğursuz fəaliyyəti göstərilir.

Məlumata görə, Fətullah Gülən Türkiyədən Pensilvaniyaya qaçıb gələn Ekrem Dumanlı və digər bir qrup şəxsi “satqın” adlandıraraq, onları malikanəsindən qovub: “Ekrem Dumanlı və digər şəxsləri görən Gülən bərk əsəbiləşərək, onların üzərinə çığırıb. Daha sonra Gülənin təzyiqi qalxıb və ona evində tibbi yardım olunub.

Özünə gələndən sonra Fətullah Gülən köməkçisinə əmr edib ki, sözügedən şəxsləri evindən çıxartsınlar. “Bu adamları artıq görmək istəmirəm, hamısını binadan çıxarın və yola salın getsin. Hara gedirlərsə getsinlər, Atlantaya göndərin”, - deyə Gülən əsəbi halda bildirib”.

Qeyd edək ki, Ekrem Dumanlı Fətullah Gülənin əsas “media patronu” hesab edilirdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm