Teleaparıcı Klintonu canlı yayımda biabır etdi – VİDEO
Bizi izləyin

Dünya

Teleaparıcı Klintonu canlı yayımda biabır etdi – VİDEO

ABŞ-ın “The Tonight Show” telekanalın aparıcısı Cimmi Fallonun respublikaçı prezidentliyə namizəd Donald Trampdan sonrakı qonağı demokrat namizəd Hillari Klinton olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aparıcı Klintonu tibbi maskada qarşılayıb.

Siyasətçi Fallonun hərəkətinə yumorla reaksiya verib və əlini aparıcının əlinə vurub. Aparıcısı isə bundan sonra yanında hazır saxladığı maye ilə əllərini tələsik dezinfeksiya edib. Cimmi Fallon bununla da Hillari Klintonun bir neçə gün bundan əvvəl səhhətinin pisləşməsinə işarə vurub.

Qeyd edək ki, Klinton 11 sentyabr 2001-ci il terror aktının qurbanlarına həsr olunan mərasimdə özünü pis hiss edib. Keçmiş dövlət katibi tədbiri vaxtından əvvəl tərk etməyə məcbur olub. Klintonun həkimi ona sətəlcəm diaqnozu qoyub. Siyasətçi xəstəliyi ilə əlaqədar olaraq seçkiqabağı kampaniyası çərçivəsində 15 sentyabr tarixinə qədər nəzərdə tutulan bütün səfərləri və görüşləri ləğv etməyə məcbur olub.

Diaqnozu şərh edən Klintonun özü bildirib ki, bu, seçki kampaniyasında pauza üçün ona hədiyyə edib.

Xatırladaq ki, amerikalı teleaparıcı canlı yayımda Trampa qarşı etdiyi qeyri-adi hərəkəti ilə diqqət çəkib. Aparıcı prezidentliyə namizədin saçını əli ilə dağıtmaq istədiyini bildirib. Bunu eşidən kimi studiyadakı auditoriya da aparıcının istəyi üçün israr edib. Canlı yayımda əlacsız qalan Tramp nəhayət razılıq verib. Bundan sonra şou aparıcısı Donald Trampın çoxlarının parik hesab etdiyi məşhur saç düzümünü dağıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm