Dünyada ilk dəfə - Uşaq öz istəyi ilə öldürüldü
Bizi izləyin

Dünya

Dünyada ilk dəfə - Uşaq öz istəyi ilə öldürüldü

Dünyada uşaqlara evtanaziya haqqı verən yeganə ölkə olan Belçikada, ilk dəfə yetkinlik yaşına çatmayan vətəndaşın evtanaziya ilə həyatına son verilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sağalmaz xəstəliyi olan və yaşı bildirilməyən uşağa bu həftə içində evtanaziya tətbiq olunub.

Belçika mediasında yayılan məlumatlara görə, evtanaziya tətbiq olunan uşağın sənədləri gizli şəkildə Federal Evtanaziya Nəzarət və Qiymətləndirmə Komitəsinə göndərilib. Komitə sədri Professor Vim Distelmans isə uşağın sağalmaz bir xəstəliyi olduğunu təsdiqləyib və bildirib ki, evtanaziya üsulu uşaqlaqlarda yalnız çox ümidsiz hallarda etibarlı olan bir variantdır:

"Sevindirici haldır ki, bu vəziyyətdə çox az uşaq var. Bu qanun uşaqlara şərəfli ölüm haqqını verir. Lakin qanuna görə, uşaq dəfələrlə evtanaziya istəyərsə və valideynləri lazımlı qanuni icazəni verərsə tətbiq olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm