Sabiq prezident xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

Sabiq prezident xəstəxanaya yerləşdirildi

Fransanın sabiq prezidenti Jak Şirak ağciyər infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.

J. Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm