Qarabağda 8 “taliban”çı öldürüldü
Bizi izləyin

Dünya

Qarabağda 8 “taliban”çı öldürüldü

Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında "Taliban" terror qruplaşmasının bir neçə silahlısı məhv edilib.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat paytaxt yaxınlığındakı Qarabağ rayonunda baş verib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı toqquşma terrorçuların itki verməsi ilə nəticələnib.

Qarabağ rayonu administrasiyasının rəhbəri Samiullah Şərif bildirib ki, atışma zamanı 8 silahlı öldürülüb. Onun sözlərinə görə, yerli sakinlər arasında terrorçulara kömək edən şəxs də saxlanılıb.

"Taliban" hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm