Qonşusundan Ankaraya SƏRT MESAJ: “Qarşıyıq!”
Bizi izləyin

Dünya

Qonşusundan Ankaraya SƏRT MESAJ: “Qarşıyıq!”

“Türkiyənin İraq torpaqlarında həyata keçirmək istədiyi hər cür hərbi əməliyyata qəti şəkildə qarşıyıq”.

Publika.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim Cəfəri Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuelada keçirilən toplantısında deyib.

“Türk səlahiyyətlilərin Suriyanın şimalında olduğu kimi Şimali İraqda da hərbi əməliyyatın keçirilməsi planına dair fikirlərini heyrətlə qarşıladıq. Türkiyənin İraq torpaqlarında Bağdad ilə koordinasiya etmədən təşkil edəcəyi hər cür hərbi əməliyyata qəti şəkildə qarşıyıq”, - iraqlı nazir bildirib.

İbrahim Cəfəri Bağdadın Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini pislədiklərini və Ankara ilə əlaqələri inkişaf etdirmək istədiklərini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm