Dünya
Putinin ən böyük qələbəsi – SON NƏTİCƏLƏR
İqtidardakı “Vahid Rusiya” Partiyası dünən Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə seçicilərin 54 faizindən çoxunun səsini alıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, partiya bununla da Dövlət Dumasına seçkilərdə ən inamlı qələbələrdən birini qazanıb.
“Vahid Rusiya” ilə birlikdə Dövlət Dumasına Rusiya Kommunist Partiyası, Rusiya Liberal-Demokratik Partiyası və “Ədalətli Rusiya” Partiyası keçib. Digər partiyalar parlamentin aşağı palatasına keçmək üçün lazım olan 5 faizlik baryeri keçə bilməyiblər.
“Vahid Rusiya” partiya sıyahısı üzrə Dövlət Dumasında 140, birmandatlı dairələr üzrə isə 203 yer qazanıb. Beləliklə, “Vahid Rusiya” Rusiyanın siyasi tarixi üçün rekord nəticə əldə edərək 450 yerdən 343-nə sahib olub. Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, “Vahid Rusiya” Dövlət Dumasında konstitusiya əksəriyyətinə malik olacaq.
“RİA-Novosti” agentliyi ilə söhbət edən politoloqlar hesab edirlər ki, “Vahid Rusiya” dövlət postlarının bir hissəsini müxalifətə güzəşt edə, həmçinin başqa partiyalar tərəfindən təklif edilmiş qanun layihələrini dəstəkləyə bilər.
“Vahid Rusiya” Dövlət Dumasına seçkilərdə ən yaxşı nəticəni 2007-ci ildə göstərib. Partiya həmin vaxt 64,3 faiz səs qazanaraq (315 mandat) konstitusiya əksəriyyətini qazanıb. Partiya 2011-ci ildə 49,3 faiz (238 mandat) səs toplayıb.
Seçki bülletenlərinin 93 faizinin sayılmasından sonra məlum olub ki, Kommunist Partiyası 42 (2011-də 50 mandat), Liberal-Demokratik Partiyası 39 (2011-ci ildə 22 mandat), “Ədalətli Rusiya” isə 23 mandat (2011-ci ildə 41 mandat) alacaq.
Ömər Dağlı
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin25 May 20:00
Məşhur aktyor vəfat etdi - FOTO