Dünya
Cütlüyü vəhşicə döydülər - VİDEO

Separatçı Abxaziya respublikasına turist kimi gələn rusiyalının ailəsinə burada heç də xoş münasibət göstərilməyib.
Publika.az “Pen.tv”yə istinadən xəbər verir ki, həyat yoldaşı və uşağı ilə birlikdə olan rusiyalı gənci sərhədə qədər təqib edən mehmanxana sahibləri onu burada vəhşicəsinə döyüblər.
Ailə cütlüyünün sözlərinə görə, münaqişə hələ mehmanxanada başlanıb. Gənc və onun arvadı Pitsun yaxınlığında “Leres” adlı mini-mehmanxanada yaşayırdılar. Rusiyalı burada mehmanxana sahibinin oğlu ilə dalaşıb. Mehmanxana sahibinin oğlu öz dostlarını köməyə çağırıb və cütlük mehmanxananı tərk etməyə qərar verib.
Ancaq ailə güman etməzdi ki, dava sonradan onlar üçün əsl dəhşətə çevriləcək. Zərərçəkənlərin sözlərinə görə, təqibçilər onlara çataraq maşını mühasirəyə alıblar. Rusiyalı boks bacarığı sayəsində mehmanxana sahibinin oğlu və onun dostlarının zərbələrini müəyyən qədər dəf edə bilib. Lakin o, bununla belə beyin silkələnməsi, başından ciddi zədələr alıb, burnu sınıb. Həmçinin davanı telefonu ilə çəkən arvadı bir neçə zərbə alıb.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

-
Dünya11:30
40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək
-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı