Bomba sandılar, cadu çıxdı
Bizi izləyin

Dünya

Bomba sandılar, cadu çıxdı

Türkiyədə partlayıcı sanılan paketdən cadu çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.

Məlumata görə, reklam lövhəsi asmağa çalışan işçilər səkinin altında basdırılmış bir paket tapıblar. Onlar paketdə partlayıcı olduğunu düşünərək polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan bomba mütəxəssisləri tərəfindən araşdırılan paketdən parçaya bükülərək maqnitə yapışmış mismar, mis məftil, qurd dişi yazılı kağız çıxıb.

Cadu məqsədilə hazırlandığı bildirilən paket mütəxəssislər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm