Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"
Bizi izləyin

Dünya

Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"

ABŞ-da prezident seçkilərinin vaxtı yaxınlaşdıqca, Respublikaçı Partiyasının namizədi, milyarder iş adamı Donald Tramp rəqibi Hillari Klinton haqqında sensassion açıqlamalar verməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Hillari Klinton haqqında növbəti açıqlamasını “Daytona Beach” mitinqində çıxışı zamanı edib.

O deyib ki, ABŞ prezidenti Barak Obama İŞİD-in kökünün bilərəkdən kəsmək istəmir:

“Çünki İŞİD-i Barak Obama özü qurub. Hillari Klinton isə İŞİD-in qurulması üçün Obamaya yaxından kömək edib. Yəni, İŞİD bu iki adamın birgə layihəsidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm