Dünya
Döyüşlər şiddətləndi: 100 nəfər öldürüldü
.jpg?v1752281225)
Suriyada son iki gün ərzində döyüşlər yenidən şiddətlənib.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Hava-kosmik gücləri tərəfindən dəstəklənən Suriya qoşunları Hələb şəhərinin cənubi-qərbində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının hücumunu dəf edib.
Əsas döyüşlər hərbi məktəblər və “Kvartal 1070” adlanan ərazidə baş verib. Məlumata görə, Suriya ordusu əks-hücumun gedişatında dörd tank, üç piyada döyüş maşını, böyuk kalibrli pulemyotlarla doqquz avtomobili, həmçinin 100 döyüşçünü məhv edib.
“Ən-Nüsra” Cəbhəsi qruplaşması Hələb ətrafında Suriya hökumət qoşunlarının mövqelərinə 19 sentyabrda genişmiqyaslı hücuma başlayıb. Tank hücumundan əvvəl rejim gücləri artilleriya və reaktiv atəş sistemlərindən atəşə məruz qalıb.
Məlum olub ki, BMT və Qızıl Aypara Cəmiyyətinin birgə humanitar yardım karvanı atəşə tutulub. Ən azı 12 nəfərin həlak olduğu, 31 avtomobildən 18-nin zədələndiyi bildirilir.
ABŞ bildirib ki, Rusiya ilə əməkdaşlıq prinsiplərini yenidən gözdən keçirmək niyyətindədir. Vaşinqtonda hesab edirlər ki, atəşkəsin pozulmasına görə Moskva məsuliyyət daşıyır.
Daha əvvəl isə Suriya ordu komandanlığı ölkədəki üsyançı qrupların ABŞ-Rusiya danışıqları nəticəsində əldə olunmuş atəşkəs razılığına məhəl qoymadığını bildirərək sazişin sona çatdığını açıqlayıb.
Suriyada atəşkəs rejimi haqqında razılaşma 9 sentyabrda Cenevrədə Rusiya və ABŞ-ın diplomatik idarələrinin başçıları Sergey Lavrov və Con Kerri arasında əldə edilib.
Ömər Dağlı

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə