Dünya
Ukrayna xüsusi təyinatlıları anti-terror əməliyyatına başlayıb
Ukraynanın şərqində Slavyansk şəhərində xüsusi təyinatlı qüvvələr və Rusiya tərəfdarı militantlar arasında atışmada hər iki tərəfdən tələfat olduğu bildirilir.
Ukraynanın daxili işlər naziri Arsen Avakov təhlükəsizlik
qüvvələrinin bir zabitinin öldürüldüyünü və beş nəfərin
yaralandığını bildirib. Atışma zamanı Rusiya tərəfdarı bir fəalın
öldüyü, iki nəfərinsə yaralandığı deyilir.
Bundan öncə Arsen Avakov təhlükəsizlik qüvvələrinin Rusiya
tərəfdarı militantların hökumət binalarını zəbt etdiyi Slavyansk
şəhərində anti-terror əməliyyatının başlandığını bildirib.
Arsen Avakov öz "Facebook" səhifəsində silahlı şəxslərin
təhlükəsizlik qüvvələrinə atəş açdığı və hər iki tərəfdən ölənlərin
olduğunu ilə bağlı açıqlama verib.
Slavyanskla yanaşı, Rusiya silahları ilə silahlanmış militantlar
şənbə günü əhalisinin əksəriyyəti ruslardan ibarət olan Donetsk və
Kramatorsk şəhərlərində hökumət binalarını ələ keçirib.
Rəsm Kiyev Ukraynanın şərqində rusiyapərəst militantların
hücumlarını Rusiya tərəfindən təcavüz aktı kimi qiymətləndirib.
Rəsmi Moskva Ukraynada iğtişaşlarda əli olmadığını dəfələrlə rədd
etsə də, Qərb ölkələri Krımın ilhaqından öncə yarımadaya minlərlə
rus əsgərinin gətirilməsi də daxil olmaqla, Rusiyanın hadisələrdə
roluna dair dəlillər göstərir.
/Amerikanın səsi/
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye