Dünya
Jirinovskidən ŞOK İFADƏLƏR: “Rədd olun! Alçaqlar, yaramazlar!” - VİDEO
Rusiya Dövlət Dumasına 18 sentyabrda keçirilən seçkilərdə iqtidardakı “Vahid Rusiya” Partiyası və Kommunist Partiyasına uduzaraq üçüncü yer tutan Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski hakimiyyətə qarşı sərt ittihamlar səsləndirib.
Publika.az xəbər verir ki, Jirinovski seçkilərin nəticələri ilə bağlı çıxışında hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib.
O, hakimiyyətdən qanuni mandatları onlara qaytarmağı tələb edib.
“Rusiyanıın liderləri, siz nə edirsiniz? Bütün xalq sizə qarğış edir. Partiyanın üzvü (“Vahid Rusiya”) olduğunu deməyə utanırsınız. Biz sizin üçün bataqlıq yaradacağıq. Bu, başqa cür bataqlıq olacaq. Siz şəffaf seçkilər keçirməyə qadir deyilsiniz. Gəlin, növbədənkənar parlament və prezident seçkiləri təyin edək. Bizim deputatlarımızın əvəzinə öz deputatlarınıza mandat vermisiniz, bizim müşahidəçilərimizin əvəzinə öz müşahidəçilərinizi yerləşdirmisiniz və saxta protokollar tərtib etmişiniz”, - deyən partiya lideri əlindəki seçki protokolunu cırır.
Jirinovski daha sonra “Vahid Rusiya”ya və sizin hakimiyyətinizə ayıb olsun” deyir. Siyasətçi seçkilərin nəticələrinin heç kim tərəfindən tanınmadığını bildirir.
“Rədd olun! Alçaqlar, yaramazlar! Sizi görməyə gözüm yoxdur!” – partiya sədri çıxışını tamamlayır.
Ömər Dağlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)






















