Atambayevin səhhəti ilə bağlı rəsmi məlumat yayıldı– VİDEO
Bizi izləyin

Dünya

Atambayevin səhhəti ilə bağlı rəsmi məlumat yayıldı– VİDEO

Qırğızıstan prezident aparatı Almazbek Atambayevin səhhəti barədə məlumat verib.

Məlumatda bildirilir ki, prezidentin vəziyyəti kafidir: "O, həkimlərin nəzarəti altındadır”, - aparat rəhbəri Fərid Niyazov bildirib.

O, Atambayevin İzmirdə klinikalardan birinə yerləşdirildiyi barədə Türkiyə KİV-lərinin xəbərlərini şərh etməkdən imtina edib: “Onun olduğu yeri şərh etmirik”.

***

13:23

Qırğızıstan prezidenti Almazbek Atambaev Türkiyənin Egey dənizin sahilində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu haqda “Sözçü” nəşri yazıb.

Qeyd edək ki, 60 yaşlı Atambayev ürəyində yaranan problemlərə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 71-ci sessiyasına səfərini ləğv edib. Prezidentin səhhəti İstanbuldan təyyarəyə minərkən səhhəti pisləşib.

Qırğızıstan prezidenti səhhətinə görə məzuniyyətə çıxıb.

Qeyd edək ki, “Haberler” saytı dövlət başçısının xəstəxanaya yerləşdirilmənin kadrlarını dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm