Kliçkonu yandırdılar – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Kliçkonu yandırdılar – VİDEO/FOTOLAR

Dünən Kiyevdə “Dneprin Qəhrəmanları” metro stansiyasının üstündə ticarət-əyləncə mərkəzinin tikintisinə qarşı etiraz aksiyası keçirilib.

Publika.az “LB.ua” portalına istinadən xəbər verir ki, aksiyanın gedişatında Kiyev şəhərinin meri, WBC versiyası üzrə dünya çempionu, məşhur boksçu Vitali Kliçkonun müqəvvası yandırılıb.

“Hakimiyyət və şəxsən mer Vitali Kliçko Kiyev şəhər dövlət administrasiyasının timsalında qeyri-mümkün tikintini davam etdirmək və ictimai rəylə manipulyasiya etmək üçün mümkün olan hər şeyi edirlər”, - aksiya iştirakçıları qeyd ediblər.

Onlar həmçinin xatırladıblar ki, mer ictimai dinləmələrə qədər obyektin tikintisini dayandırmağa söz verib, amma dərhal məzuniyyətə çıxıb. Tikinti isə gecələr də davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm