4 vətəndaş girov götürüldü
Bizi izləyin

Dünya

4 vətəndaş girov götürüldü

Türkiyənin Hakkari bölgəsində PKK terror təşkilatının üzvləri yolu kəsərək, mülkü avtomobilin içərisində əyləşən 4 nəfəri girov götürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, PKK terrorçularının girov götürüb qaçırdığı şəxslərdən 2-si hərbiçidir. Digər 2 nəfərdən biri sürücü, digəri isə mülkü vətəndaşdır.

Hadisənin baş verdiyini Hakkari valisi Cüneyit Orhan Toprak da təsdiqləyib.

Hazırda Türkiyə ordusu sözügedən bölgədə PKK terrorçularının tapılması və girovların azad olunması üçün əməliyyatlara başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm