
Meksikada 36 sərnişinin ölümü ilə nəticələnən dəhşətli
yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Verakruz əyalətinin paytaxtı Tabassodakı magistral yolda baş verib.
Məlumata görə, toqquşmanın təsiri ilə yanğın baş verib və 36 sərnişin yanaraq faciəvi şəkildə ölüb.
Meksika prezidenti Enrika Pena Nyeto sosial şəbəkədəki hesabında qəzada ölənlərin qohumlarına başsağlığı verib. /ans/