Moskvadan HƏDƏ: “Ərdoğan risk etdiyini əla anlayır”
Bizi izləyin

Dünya

Moskvadan HƏDƏ: “Ərdoğan risk etdiyini əla anlayır”

“Türkiyə prezidenti Rəcəb Ərdoğanın Krımla bağlı bəyanatı Moskva ilə münasibətləri çətinləşdirə bilər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç deyib.

“Biz daha bir sübutu aldıq: bizim “dostluğumuz” Türkiyə ilə müəyyən hüdudlara malikdir və kifayət qədər şərtidir”, - Klinseviç qeyd edib.

Onun fikrincə, Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin normallaşdığı bir zamanda nə qədər risk etdiyini əla anlayır. Rusiyalı senator bildirib ki, Rusiyanın xarici siyasət idarəsində uyğun nəticələrin çıxarılacağına şübhə etmir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.

Görüşün gedişatında Ərdoğan Poroşenkoya söz verib ki, Ankara müstəqillik və ərazi bütövlüyünün bərpası məsələsində Kiyevə dəstək göstərəcək. Türkiyə prezidenti həmçinin həmkarını əmin edib ki, Moskva ilə münasibətlərin normallaşması Krımın zəbt edilməsi və Krım tatarları ilə bağlı Ankaranın mövqeyini dəyişdirməyəcək.

Xatırladaq ki, dövlət başçıları arasında 20 avqustda keçirilən telefon söhbətində də Türkiyə prezidenti Ankaranın Krımın Rusiyaya birləşdirilməsini tanımayacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm