Dünya
ŞAD XƏBƏR: prezident vətəndaşları vergilərdən iki il azad edir
.jpg?v1752282159)
Rusiya prezidenti Vladimir Putin şəxsi iş quran vətəndaşların iki il müddətinə vergilər və məcburi ödənişlərdən azad edilməsi təklifi ilə çıxış edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Putin bu haqda Rusiya prezidenti yanında strateji inkişaf və prioritet layihələr üzrə şuranın iclasında deyib.
Prezident qeyd etdi ki, iclasdan əvvəl bu təklifi Rusiyanın baş naziri Dmitri Medvedevlə müzakirə edib. Dövlət başçısının sözlərinə görə, bu, onların qanuni işinin normal ritminə sakitcə daxil ola bilməsi üçün lazımdır.
Onun sözlərinə görə, hazırda xırda təmir və tikintidən avtoservislərə qədər ən müxtəlif sferalarda milyonlarla Rusiya vətəndaşı işləyirlər.
“İnsanlar sadəcə olaraq bürokratiya, rüşvət, daimi yoxlamalar və yüklənmələrlə qarşılaşmamaq üçün kölgədə qalmağa məcbur olublar. Hesab edirəm ki, şəxsi iş quran vətəndaşlara dövlətlə qarşılıqlı münasibətlərin aydın və rahat alətini təklif etmək lazımdır”, - Putin bildirib.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Rusiyada hazırda bu cür çalışan təxminən 16 milyon insan var. Hesablama Palatasının başçısı Tatyana Qolikova 2016-cı ilin iyulunda bildirib ki, kölgə məşğulluğunun heç olmasa 50 faiz ixtisarı büdcəyə 40 milyard rubl ölçüsündə əlavə gəlir gətirəcək.
Ömər Dağlı

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı