Daha 10 “FETÖ”-çü Yunanıstana qaçdı
Bizi izləyin

Dünya

Daha 10 “FETÖ”-çü Yunanıstana qaçdı

Türkiyənin 10 vətəndaşının qanunsuz yolla Yunanistanın Rodos adasına qaçması məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə hökuməti sözügedən şəxslərin “Fətullahçı” terror təşkilatının (FETÖ) üzvləri olduğunu bəyan edib.

Türkiyə hökuməti ölkədən qaçan “FETÖ” üzvlərinin kimliyini də müyyən edib. Bunlardan ikisi kişi, ikisi qadın, 6 nəfər isə uşaqlardır. Onların dəniz yolu ilə Rodos adasına qaçdığı müəyyənləşib.

Xatırladaq ki, 8 qiyamçı hərbiçidən əlavə, bu ilin sentyabr ayında 7 nəfər “FETÖ” üzvü də Yunanıstanın Rodos və Dedeağaç adalarına qaçıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm