Ölümdən xilas oldular, yatağa qandallandılar – ŞOK FOTOLAR
Bizi izləyin

Dünya

Ölümdən xilas oldular, yatağa qandallandılar – ŞOK FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Aralıq dənizində növbəti gəmi faciəsi baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misir sahillərində batan gəmidəki 42 nəfərin cəsədi tapılıb.

Faciədən xilas olan miqrant Bədri Abdulhəmid gəmidə 450 nəfərin olduğunu söyləyib. Misirin rəsmi xəbər agentliyi MENA isə gəminin təxminən 600 miqrant daşıdığını bildirib.

Sahildən təxminən 12 kilometr uzaqlıqda batan gəmidə həyatını itirənlərin Misir, Sudan və Suriya vətəndaşları olduğu bildirilir.

Misir ordusu indiyə kimi 163 nəfərin xilas edildiyini açıqlayıb. Xilas edilənlərə qarşı isə heç də xoş münasibət göstərilmir. Xəstəxanalarda müalicə olunan miqrantların bir hissəsinin yataqlara qandallanıb. Digərləri ilə polisin ciddi nəzarəti altında saxlanılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm