• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Sevgisiz qalan Klinton - SƏBƏBLƏR

  • Dünya
  • 22 Sentyabr 2016 15:38
  • 631 Baxış
Sevgisiz qalan Klinton - SƏBƏBLƏR

“Avropanın bir çox siyasətçisi Donald Trampın ABŞ prezidenti olmasını istəyir. Amma onlar bu haqda heç vaxt açıq danışmayacaqlar”.

Publika.az xəbər verir ki, bu haqda “Politico” nəşri yazıb.

Məqalə müəllifinin sözlərinə görə, Avropa siyasətçiləri aşağıdakı səbəblərə görə, keçmiş dövlət katibi, demokrat namizəd Hillari Klintonun deyil, məhz Trampın qələbəsini arzulayırlar.

Birincisi, avropalılar ABŞ və Avropa Birliyi arasında Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) razılaşmasından (TTİP) narazıdır. Razılaşmanın opponentləri onu ticarətin “Troya atı” adlandırırlar. Bildirilir ki, saziş Amerika şirkətlərinin Avropada təsirini gücləndirəcək. Tramp isə öz növbəsində hesab edir ki, bu cür ticarət razılaşmaları Amerika işçilərinə zərər verəcək.

İkincisi, Tramp NATO-ya qarşı çıxır. Amerika milyarderi heç vaxt müdafiə məsələlərində Avropanın ABŞ-a güvənməsindən narazılığını gizlətməyib. Əgər Tramp qalib gələrsə, Avropa Birliyi ordusunun tərəfdarları öz ideyalarını irəli çəkəcəklər.

Üçüncü səbəb dinləmə üzrə genişmiqyaslı proqramdır. ABŞ bu proqramı hamı üzərində tətbiq edir. Amerikalı keçmiş kəşfiyyatçı Edvard Snoudenin ifşaları göstərdi ki, ABŞ Milli Təhlükəsizlik Agentliyindən heç kəs, hətta Almaniya kansleri Angela Merkel gizlənə bilmir.

İndi avropalıların çoxu əmindirlər ki, Vaşinqton onların danışıqlarını dinləyir. Müəllif hesab edir ki, Trampın qələbəsi buna son qoya bilər.

Dördüncüsü, Trampın prezidentliyi Amerika banklarının Avropa Birliyinə təsirini məhdudlaşdıra bilər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR