Dünya
İslam Kərimovun qızı öldürüldü? - DETALLAR (YENİLƏNİB)
Sentyabrın ilk günlərində vəfat edən Özbəkistanın
prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ruhi
xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “nur.kz”
saytına etibarlı mənbələr məlumat verib.
Məlumata görə, Gülnarənin oğlu İslam Kərimov anası ilə əlaqə
saxlaya bilmir.
2013-cü ildə İslam Kərimovun yerinə gələcəyi haqqında yayılan
informasiyalardan sonra G.Kərimova atası tərəfindən Londonda ev
dustağı edilib. Məlumata görə, onu hər həftə anası
yoxlayıb.
Lakin bəzi mənbələr G. Kərimovanın Daşkənddə ev dustaqlığına olduğunu da deyirlər.
Digər versiyaya görə, o dəlixanaya düşüb.
Başqa versiyada isə G. Kərimovanın hakimiyyətin sifarişi ilə
xarici xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü deyilir. Onun
atasının dəfnində iştirak etməməsi öldürülməsi ehtimalını daha da
gücləndirib. Həmçinin, oğlu İslam Kərimovun anası ilə əlaqə saxlaya
bilməməsi də diqqət çəkir.
Qeyd edək ki, G. Kərimova vaxtilə İspaniyada səfir olub.
Həmçinin, böyük biznes şəbəkəsinə rəhbərlik edib. O, “Googoosh”
ləqəbi ilə mahnılar da ifadə edib.
Asif
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)







.jpg)














