Bu ölkədə qadınlara velosiped sürmək qadağan edildi - FOTO
Bizi izləyin

Dünya

Bu ölkədə qadınlara velosiped sürmək qadağan edildi - FOTO

İranda qadınlara ictimai yerlərdə velosiped sürmək qadağan edilib.

Publika.az xarici mətbuta istinadən xəbər verir ki, dini lider Əli Xamneyinin bu fətvası xalq tərəfindən etirazla qarşılanıb.

İranlı qadınlar, etiraz əlaməti olaraq İnstaqram və Twitter sosial şəbəkələrində velosiped sürdükləri şəkilləri paylaşıblar.

Qeyd edək ki, bir neçə gün öncə İranın dini lideri Ayətullah Əli Xamneyinin rəsmi səhifəsində "Qadınların naməhrəmlərin görəcəyi yerlərdə velosipedə sürməyi haramdır”,- deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm