Moskvada yanğında 8 yanğınsöndürən öldü – VİDEO
Bizi izləyin

Dünya

Moskvada yanğında 8 yanğınsöndürən öldü – VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Moskvanın Amur küçəsində plastik məmulatlar anbarının yağın baş verən ərazisindən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda FHN-dən bildirilib.

Məlumata görə, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyiblər.

Yanğınsöndürənlər anbarda olan qaz balonlarını və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər. “Onlar hadisə yerinə birinci gələrək kəşfiyyat aparıblar və anbarın 100-dən çox işçisini təxliyyə ediblər”, - idarədən bildirilib.

Yanğın nəticəsində təxminən 500 min kvadrat metr ərazidəki dam dağılıb və yanğınsöndürənlər dağıntıların altında qalıb. Yanğın sahəsi 4 min kvadrat metr təşkil edib. Yanğını yerli vaxtla 2:00 radələrində lokallaşdırmaq, 06:11-də isə tamamilə söndürmək mümkün olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm