• USD 1,7000 0,00% EUR 1,9171 -0,31%
    • GBP 2,1347 +0,41% RUB 0,0238 +0,42%

Atambayev Putinin klinikasına yerləşdirildi

  • Dünya
  • 23 Sentyabr 2016 10:30
  • 777 Baxış
Atambayev Putinin klinikasına yerləşdirildi

Qırğızıstan prezident Almazbek Atambayev müalicəsini Moskvada davam etdirəcək.

Publika.az “24.kg” saytına istinadən xəbər verir ki, bu haqda Qırğısıztanın prezident aparatının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, prezident mütəxəssislərin tövsiyəsi və Rusiya tərəfinin dəvəti ilə Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. O, daha əvvəllər Moskvada müalicə aldığı həkimlərin müayinəsindən keçəcək.

Qeyd edək ki, dövlət başçısı sentyabrın 19-u BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etmək üçün gedərkən İstanbul Atatürk hava limanında səhhəti pisləşib. Türkiyədə xəstəxanaya yerləşdirilən Almazbek Atambayev 1 oktyabra qədər qısamüddətli məzuniyyət götürüb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR