Ərdoğan Putini təbrik etdi – XİN isə seçkiləri tanımadı
Bizi izləyin

Dünya

Ərdoğan Putini təbrik etdi – XİN isə seçkiləri tanımadı

Türkiyənin Xarici İşlər Nazirliyi 18 sentyabr 2016-cı il tarixində Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində Krımda keçirilən seçkilərin nəticələrini tanımır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgic bildirib.

Xarici İşlər Nazirliyinin rəsmi saytından verilən yazılı açıqlamada Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyi vurğulanıb.

Tanju Bilgic qeyd edib ki, Türkiyə Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və buna görə də Krımda keçirilən seçkilərin nəticələrini hüquqi cəhətdən tanımır.

Daha əvvəl Kremlin rəsmi saytından verilən açıqlamaya görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək onu seçkilərdə qələbə qazandığına görə təbrik edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm