• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Vergilər artırılırmı? Prezident QƏRAR VERDİ

  • Dünya
  • 23 Sentyabr 2016 13:30
  • 1 213 Baxış
Vergilər artırılırmı? Prezident QƏRAR VERDİ

Rusiyada vergi sistemi 2019-cu ilə qədər dəyişikliklərsiz qalacaq.

Publika.az xəbər verir ki, bu haqda federal məmurların arasındakı mənbələrə istinadən “Vedomosti” nəşri yazıb.

Bu barədə qərar 22 sentyabrda prezident Vladimir Putinin iştirak etdiyi müşavirədə qəbul olunub. Lakin prezidentin mətbuat katibi Dmitri Peskov hətta müşavirənin keçirilməsi faktını təkzib edib.

“Vedomosti” 20 sentyabrda bildirib ki, Maliyyə Nazirliyi 2019-cu əlavə dəyər vergisini 18 faizdən 20 faizə qaldırmağı təklif edib. Təklif onunla bağlıdır ki, faydalı qazıntıların hasilatından vergi daxilolmaları azalıb. 2016-cı il yanvar-iyul aylarında Rusiya neftinin ixracından gəlir 30 faiz azalıb. Nəticədə, ötən ilin analoji dövrü ilə müqayisədə gəlir 56,2 milyard dollardan 39,4 milyard dollara qədər düşüb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR