Moskvaya SƏRT XƏBƏRDARLIQ: “...yoxsa şans qalmayacaq”
Bizi izləyin

Dünya

Moskvaya SƏRT XƏBƏRDARLIQ: “...yoxsa şans qalmayacaq”

ABŞ və Rusiyanın Suriyada atəşkəsin uzadılması mövzusunda razılaşmadığı ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri deyib ki, Rusiya və Suriya bu məsələdə ciddi olmadan irəliləyiş əldə olunmayacaq.

“Bu qapını tək olaraq açıq saxlaya bilmərik. Rusiya və Suriya rejimi öz öhdələrinə düşəni etməlidir, yoxsa heç bir şans qalmayacaq. Əlimizdə bir razılaşma olmadığı halda, “razılaşma var” deyə bilmərik. Atəşkəs olmadığı halda, “atəşkəs var” deyə bilmərik”, - Kerri bildirib.

Jurnalistlərin suallarını cavablandıran bir amerikalı səlahiyyətli Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında dünən keçirilən görüşün gərgin keçdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm