Bu kişinin çəkməsi 500 min dollara satıldı
Bizi izləyin

Dünya

Bu kişinin çəkməsi 500 min dollara satıldı

Berlin divarının bir parçası və ABŞ-ın 40-cı prezidenti Ronald Reyqana məxsus kovboy çəkməsi Nyu-Yorkdakı hərracda onların təxmin edilən dəyərindən on dəfə baha satılıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, “Christie`s” hərrac evinin məlumatına görə, hərracda bütün dünyadan 1200-dən çox insan iştirak edib. Ronald Reyqan və xanımı Nensi Reyqana məxsus şəxsi əşyaların satışından 5,7 milyon dollar toplanıb.

Berlin divarının üzərində Reyqanın imzası olan 63 santimetrlik parçası anonim alıcıya 277 min dollara satılıb. Aktyor Reks Allenin sabiq prezidentə hədiyyə etdiyi kovboy çəkməsi isə təşkilatçıların gözlədiyindən onqat baha qiymətə – 200 min dollara alıcı tapıb.

Hərracda ən bahalı lot üzərində sapfir, yaqut və ABŞ bayrağı olan “Bulgari” almaz üzüyü olub. Nensi Reyqana məxsus bu zinət əşyası 319 min dollardan baha satılıb.

Əldə edilən vəsait Ronald Reyqanın Prezident Fonduna və Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasına göndəriləcək.

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan 2004-cü ildə 93 yaşında, Nensi Reyqan isə bu ilin martında 95 yaşında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm