Yanan mədəndən 600 işçi təxliyə edildi
Bizi izləyin

Dünya

Yanan mədəndən 600 işçi təxliyə edildi

Sentyabrın 24-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Udaçnoe kəndində "Pokrovsk mədən idarəsi" ASC-yə məxsus mədəndə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Donetsk vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə baş verən zaman mədəndə 593 işçi olub. Bütün mədənçilər yerin üzərinə çıxarılıb.

Qəzalı mədəndə istehsalat müvəqqəti olaraq dayandırılıb, yanğın davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm