“Əl-Qaidə” Türkiyəyə doğru itələnir” – Təhlükəli ssenari
Bizi izləyin

Dünya

“Əl-Qaidə” Türkiyəyə doğru itələnir” – Təhlükəli ssenari

“Əl-Qaidə” Türkiyəyə doğru itələnir” – Təhlükəli ssenari

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi ilə bağlı istintaq davam edir.

Publika.Az – ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, XİN toplantını dinləyən və onu internetə sızdıran şəxslərlə bağlı aparılan istintaq prosesində Xarici kəşfiyyat şübhəsinin üstündən xətt çəkib.

Xatırladaq ki, bələdiyyə seçkiləri öncəsi Türkiyənin gündəm mövzusuna çevrilən və “YouTube”də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılırdı. Türkiyə XİN-in üst səviyyəli səlahiyyətlisi “xarici kəşfiyyatla əlaqədar şübhəmiz yoxdur. Kimin etdiyinə dair bir qənaətim var, ancaq ictimaiyyətlə paylaşa bilmərəm” söyləyib.

Türkiyə nəşrinin yazdığına görə, rəsmi Ankaranın “İraq və Şam İslam Dövləti”nə (İŞİD) etdiyi “Bizim müharibəyə başlamaq kimi bir niyyətimiz yoxdur, amma tək bir güllə atılarsa, lazım addımları atacağıq” şəklində xəbərdarlığı işə yarayıb. Adını açıqlamayan XİN səlahiyyətlisinin sözlərinə görə, Türkiyə terror təşkilatı hesab etdiyi İŞİD-lə bağlı kəşfiyyat işlərini davam etdirir.

İŞİD-in Bəşər Əsəd rejimi ilə əlaqələrini sübut edəcək konkret bir məlumat yoxdur. Amma təşkilatın bu günə qədər rejimə bir güllə belə atmaması bu barədə şübhələr yaradır. Türkiyənin kəşfiyyat qurumlarının məlumatına görə, rejim ordusu havadan bombaladığı bölgəyə sonradan İŞİD daxil olur. Təşkilat hazırda Türkiyə sərhədindəki 4 sərhəd qapısına nəzarəti ələ keçirib. Bununla da Türkiyə istənilən mənada “Əl- Qaidə”nin qonşusu olub. Suriya rejimi bu gün “Əl-Qaidə”ni Türkiyəyə doğru itələyir”, - XİN nümayəndəsi “Hürriyyət”ə danışıb.

Onun sözlərində görə, Ankara üçün hazırda qəti olan şey Əsəd rejiminin əvvəlki nüfuzunu bərpa edə bilməyəcəyidir. Üst səviyyəli türkiyəli səlahiyyətli “Əsəd Hələbdən əl çəkib. Xümsdən Dəməşqə qədər olan ərazidən başqa rejimin nüfuz yaratmaq hədəfi yoxdur” deyir.

Ankaraya görə, Suriyada döyüşən xarici ölkə vətəndaşlarının 90 faizi İŞİD və “Hizbullah”ın sıralarındadır. İŞİD üzvlərinin əhəmiyyətli hissəsinin İraqdakı həbsxanalardan qaçan “Əl-Qaidə”çilərin olduğu bildirilir. Təxmini məlumatlara görə, təşkilat 10 minə qədər silahlıya sahibdir. Onlardan iki mini isə xarici ölkələrin vətəndaşlarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm