Dünya
“Qadınları donuz və it adlandırırdı” - Ilk debatda ŞOK İTTİHAMLAR
Xəbər verildiyi ki, dünən ABŞ prezidentliyinə namizədlər
– respublikaçı Donald Tramp və demokrat Hillari Klinton arasında
ilk teledebat baş tutub.
Publika.az “Reuters” agentliyinə istinadən
namizədlərin debatda ən maraqlı fikirlərini təqdim edir.
Qısa proqram çıxışlarından sonra namizədlər iqtisadiyyat
mövzusuna keçiblər.
“Biz hər kəsin işləyəcəyi iqtisadiyyatı qurmalıyıq”, - Klinton
deyib. Qadın prezidentliyə namizəd amerikalılara artan gəlirlərlə
yaxşı iş yerləri, maaşların artımı və işləyən qadınlar üçün bərabər
ödəniş zəmanəti söz verib.
Klinton həmçinin bildirib ki, seçiləcəyi halda xəstəliyə görə
məzuniyyət və uşağa qulluq da daxil olmaqla ailələrə ayrılan sosial
xərcləri yüksəltmək niyyətindədir.
Tramp dərhal öz kartını çıxarıb. O, ölkədən qaçan Amerika
şirkətlərini qaytaracağına söz verib. “Mənim planıma əsasən,
vergiləri ciddi azaldacağam – böyük və kiçik biznes şirkətləri üçün
35 faizdən 15 faizə qədər. Bu, iş yerlərinin artmasına imkan
verəcək. Bunu ABŞ Reyqanın (1980-ci illərdə ABŞ prezidenti)
vaxtlarından görməyib”, - o, söz verib.
Tərəflər daha sonra bir-birinin planlarını tənqid etməyə
başlayıb.
“Trampın planı icra edilərsə, biz 3,5 milyon iş yeri
itirəcəyik”, - Klinton deyib. O, qeyd edib ki, onun planı on milyon
yeni iş yeri yaratmağa kömək edəcək.
Cavabında Tramp bildirib ki, onun rəqibi ötən 30 il ərzində
ABŞ-ın iqtisadi problemlərinin həllərini tapmayıb: “Siz 30 il
bununla məşğul olurdunuz. Niyə indi həllər haqqında düşünməyə
başlayırsınız?”
Klinton öz əri – keçmiş prezident Bill Klintonun
nailiyyətlərindən danışıb. Tramp cavabında qeyd edib ki, sabiq
dövlət başçısı tərəfindən imzalanmış Şimali Amerikada azad ticarət
haqqında müqavilə “ən pis” idi və amerikalıların həyatının
pisləşməsinə gətirib çıxarıb.
Klinton çıxşında ABŞ-da “silah epidemiyası”nı dayandırmağa
çağırıb.
“Biz silahı onların əllərindən almalıyıq ki, o silah onlarda
olmasın. Silah epidemiyası gənc afroamerikalıların ölümünün əsas
səbəbidir”, - demokrat namizəd qeyd edib.
Maraqlıdır ki, Tramp gözlənilmədən öz partiyasının siyasətinə qarşı
çıxış edib. O, bildirib ki, terrorizmdə şübhəli bilinənlərə silaha
malik olmağı və təyyarələrlə uçmağı qadağan etmək lazımdır. Ancaq
o, ABŞ-ın Milli Atıcılıq Təşkilatını - ölkənin əsas silah
lobbiçilərini tərifləyib. Təşkilat vətəndaşların azad şəkildə
silaha sahib olmaq hüququnu müdafiə edir.
Rusiya mövzusu müzakirələrin gedişatında bir neçə dəfə
xatırlanıb. Klinton Moskvanı haker hücumlarında yenidən ittiham
edib və bildirib ki, Tramp onun fikrincə, Amerika kompüter
sistemlərinə Rusiyanın haker hücumlarını dəstəkləyir.
“Rusiya prezidenti Vladimir Putin sərt oyun oynayır. O, dövlət
və şəxsi faylları qırmaq üçün kiberməkanda hücumlar təşkil edir.
Bu, informasiya toplamaq üçün Rusiyanın sevimli üsullarından
biridir”, - Klinton deyib.
Tramp isə dərhal bildirib ki, ABŞ Demokrat Partiyasının Milli
komitəsinin resurslarına haker hücumunun arxasında kimin dayandığı
ona ümumiyyətlə məlum deyil: “Siz deyirsiniz: “Rusiya, Rusiya,
Rusiya”. Amma mən bilmirəm. Bəlkə də odur. Amma ola bilər ki, Çin
və ya başqalarıdır”.
Xarici siyasətə gəlincə, Tramp Yaxın Şərqdəki vəziyyətə toxunub
və qeyd edib ki, ABŞ prezidenti Barak Obamanın hərəkətləri regionda
“vakkum”un yaradılmasına gətirib çıxarıb. Tramp deyib ki, NATO-nun
üzvləri Yaxın Şərqdə terrorizmlə mübarizədə iştirak
etməlidir.
Klinton bildirib ki, Trampda təcrübə yoxdur, biznesmen yalnız bir il əvvəl siyasətə gəlib.
Onun sözlərinə görə, dövlət katibi kimi 112 ölkəyə səfər edib və
xarici siyasətdə böyük təcrübəyə malikdir.
Tramp isə bildirib ki, Klintonda “təcrübə var, amma bu, pis
təcrübədir”.
“Biz daha 4 il belə təcrübəyə icazə verə bilmərik”, - milyarder
vurğulayıb.
Demokrat namizəd rəqibini irqçilikdə qınayıb. Xatırladıb ki,
Tramp Obamanın ABŞ-da doğulmasından şübhələnir. Respublikaçı isə
Obamanı “Roma Papalarından daha müqəddəs olmaq” arzusunda olduğunu
qeyd edib.
Sabiq dövlət katibi rəqibinin qadınların ünvanına səsləndirdiyi
sərt fikirləri yadına salıb.
“O, qadınları donuz, kütbeyin və it adlandırırdı”, - Klinton
bildirib.
Tramp ittihamları rədd edib.
Namizədlər müzakirələri major notlarda bitiriblər. Tramp
seçkilərdə rəqibinin qələbə qazanacağı halda onu dəstəkləyəcəyinə
söz verib. Klinton əmin edib ki, amerikalıların seçimini
bəyənəcək.
Ömər Dağlı
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO