Humanitar ixtisaslar LƏĞV EDİLİR
Bizi izləyin

Dünya

Humanitar ixtisaslar LƏĞV EDİLİR

Yaponiyanın bir sıra ali məktəblərində humanitar ixtisaslar ləğv edilir.

Publika.az xəbər verir ki, artıq ölkənin təhsil naziri Xakubun Şimomura bununla bağlı 86 universitetə məktub göndərib.

Məktubda tələbata cavab verən cəmiyyətin daha yaxşı olduğu əsas gətirilərək humanitar və sosial elmlər üzrə tədris proqramlarını azaltmaq və ya ləğv etmək tövsiyə edilir.

Ölkənin ən yaxşı universitetləri – Tokio və Kiotobu təklifi qəbul etməsə də, 17 ali məktəb humanitar proqramların bağlanmasını elan edib. Daha doqquz universitet isə sayı azaltmağa razılaşdığını bildirib. Belə ki, bu təkliflə razılaşan universitetlərdə bundan sonra hüquqşünasları, iqtisadçıları, politoloqları, sosioloqları və digər humanitar sahə üzrə mütəxəssisləri hazırlamayacaq.

Ekspertlərin isə məsələyə yanaşması fərqlidir. Belə ki, sosial elmlərin ləğvinin ölkənin iqtisadi siyasətin dəyişməsi haqqında siqnal olduğu bildirilir.

Bununla da ölkə ölkə sənaye iqtisadiyyatına qayıdır və bu çox pis hal hesab edilir. Ekspertlər hesab edir ki, bəlkə də, 1960-70-ci illər yapon iqtisadiyyatı üçün bu yaxşı addım ola bilərdi. Lakin ölkələr varlanır, onlar xidmət sahəsinə daha söykənməyə başlayırlar.

Bu gün Yaponiya iqtisadiyyatın məhsuldarlıq baxımdan Amerika iqtisadiyyatından əhəmiyyətli dərəcədə geri qalır. Əgər Tokio onu yüksəltmək istəyirsə, o zaman ona yalnız mühəndislər lazım olmayacaqlar. Onun həm də menecerlər, analitiklər, maliyyəçilər, hüquqşünaslara ehtiyacı olacaq.

Ölkənin təhsil sistemindəki bu dəyişiklik siyasi narazılığa da səbəb ola bilər. Belə ki, ali məktəb müəllimləri bu ixtisasların ləğvi ilə bağlı qərar nazirliyin rəsmi mövqeyini əks etdirməditini düşünür. Onların fikrincə bu nazirlikdəki hansısa əməkdaşın yanaşmasıdır. Əgər kiçik bir məmurun təşəbbüsü ölkə təhsilində bu qədər ciddi dəyişikliyə səbəb olacaqsa, o zaman vətəndaşlarda hökümətin şəffalığına və məsuliyyətinə şübhəsi yaratmış olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm