Ukrayna əks hücuma keçir
Bizi izləyin

Dünya

Ukrayna əks hücuma keçir

Ukrayna əks hücuma keçir

Ukraynanın Donetsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergey Taruta regionda terrorçuluğa qarşı əməliyyatın başlandığını elan edib.

Publika.Az – ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, əməliyyat inzibati binaların azad edilməsi ilə bağlı ultimatum müddətinin başa çatmasından sonra başlayıb.

Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun verdiyi ultimatumun müddəti iki gün idi. Ukraynanın cənubi-şərqində yerləşən vilayətlərdə tutulan inzibati binaların azad edilməsini tələb edən A.Turçinov əks təqdirdə həmin binaların zorakı üsullarla azad ediləcəyini demişdi.

Ali Rada sədri könüllü təslim olanların məsuliyyətdən azad olunacağını deyib.

Ukraynanın cənub-şərqində terrorçuluğa qarşı əməliyyatlara isə yeni şəxs rəhbərlik edəcək. A.Turçinov Valentina Nalivayçenkonu Ukrayna Təhlükəsizlik Xidməti yanında Terrorçuluğa Qarşı Mərkəzə yeni rəhbər təyin edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm