
Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov BMT-dən hərbi yardım istəyib.
Publika.az xəbər verir ki, Ukraynanın şərqində Rusiya meyilli qüvvələrin 10 şəhəri ələ keçirdiyini bildirən prezident Turçinov, Rusiyanın mümkün hərbi müdaxiləsini əngələmək üçün BMT-ni ölkəsinə hərbi yardım etməyə çağırıb.
Baş katib Pan Gi-Munla telefon danışığı zamanı Turçinov anti-terror əməliyyatları üçün BMT sülhməramlıları ilə Ukrayna ordusunun ortaq fəaliyyətini müzakirı edib.