Rus işğalı Kiyevə çatdı: Silahlılar Radanın binasını mühasirəyə alır
Bizi izləyin

Dünya

Rus işğalı Kiyevə çatdı: Silahlılar Radanın binasını mühasirəyə alır

Bu dəqiqələrdə Ukrayna Radasının binasını yüzlərlə silahlı adam mühasirəyə alır. Bunu “Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəl Yuliya Timoşenko bəyan edib.

Bu dəqiqələrdə Ukrayna Radasının binasını yüzlərlə silahlı adam mühasirəyə alır. Bunu “Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəl Yuliya Timoşenko bəyan edib.

“Yüzlərlə silahlı parlament binasını mühasirəyə alır. Deputatlara təcili müraciət edirəm ki, Ali Radaya gəlsinlər”, - deyə Yuliya Timoşenko İCTV telekanalının efirindən bildirib.

Onun sözlərinə görə, Donetskdəki ssenari Kiyevdə təkrarlanır.

Yuliya Timoşenko bildirib ki, axşam saatlarında Maydandan naməlum adamlar Radaya gəliblər və Kiyevdə hakimiyyəti devirmək çağırışları ediblər. “Onlar Ukraynanı ələ keçirmək istəyirlər”, - deyə sabiq baş nazir bəyan edib. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm