Çırpınacaq Qara dəniz: Türk donanması hərəkətə keçir
Bizi izləyin

Dünya

Çırpınacaq Qara dəniz: Türk donanması hərəkətə keçir

Çırpınacaq Qara dəniz: Türk donanması hərəkətə keçir

Rusiyanın Krımı işğal etməyi Qara dəniz sularını yenidən isitməyə başlayıb. Publika.Az – ın “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, həm dəniz sularında, həm də havada keçən həftə baş verənlər Qara dənizi qarşıdurma meydanına çevirib.

Türk donanması 7-11 aprel tarixlərində Qara dənizdə “Dəniz ulduzu-2014” hərbi təlimləri keçirib. Hərbi gəmilərin Qara dənizə Mərmərə dənizindən keçdiyi deyilir. Təlimlərin son günündə isə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Xarici İşlər Nazirliyinə çağırılaraq ABŞ-a məxsus iki hərbi gəminin Qara dənizdə qalma müddəti və səbəbləri ilə bağlı məlumat verilib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın “USS Truxtun” və “USS Taylor” hərbi gəmilərinin Montre sazişini pozaraq Qara dənizdə 21 gündən çox qaldığını bildirmişdi.

Aprel ayının 10-da isə “USS Truxtun” “USS Donald Cook” gəmisi ilə əvəzlənmişdi. “USS Donald Cook”un arxasınca, Fransa donanmasına aid “Dupuy Da Lome” gəmisi Çanaqqala boğazından keçərək, Mərmərə dənizinə daxil olmuşdu.

Aprel 12-də isə Rusiyanın bir hərbi təyyarəsi “USS Donald Cook” gəmisindən 900 metr məsafədə, dəniz səviyyəsindən 150 metr yüksəklikdə uçdu.

Qeyd edək ki, 1936-cı ildə imzalanan Montre razılaşmasına görə, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri burada 21 gündən çox qala bilməz. Boğazlardan hərbi gəmi keçirən bütün ölkələr Qara dənizə çıxışı olub-olmamasından asılı olmayaraq, bu barədə Türkiyəni xəbərdar etməlidir. Xəbərdar etmək üçün müəyyən olunan müddət Qara dənizə çıxışı olan ölkələr üçün bir, digərləri üçün isə iki həftədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm